Strasburqda terror: 3 ölü var

Fransanın Strasburq şəhərində silahlı qarşıduma qeydə alınıb. FaktXəbər bildirir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Ölkənin daxili işlər naziri Kristof Kastaner deyib ki, Strasburqun mərkəzində terror aktı zamanı üç nəfər həlak olub, 12 nəfər yaralanıb.
 
Strasburqda atışma nəticəsində həlak olanların xatirəsinə matəm elan ediləcəyi bildirilir.
 
Fransa prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib.