Fransa hökuməti İnterpolun keçmiş rəhbəri Men Hunveyin itməsi ilə bağlı açılan cinayət işini bağlayıb.
“Associated Press”ə istinadən xəbər verilir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi bildirib.
Xatırladaq ki, Men Hunvey sentyabrın 29-da Fransadan Çinə yola düşüb və onunla əlaqə kəsilib. Oktyabrın 7-də Çin hökuməti 64 yaşlı Hunveyin qanunu pozduğuna görə saxlanılması haqda məlumat versə də, İctimai Təhlükəsizlik Nazirliyi onu rüşvətxorluqda və digər cinayətlərdə günahlandırmışdı.
Bu açıqlamadan sonra Men Hunveyin həyat yoldaşı Qreys Men ünvanına hədə-qorxu dolu ismarışlar gəldiyini, ərinin isə yaşadığına inanmadığını bildirmişdi. Fransız müstəntiqlər İnterpolun eks-rəhbərinin xanımının sözlərinin həqiqətə uyğun olmadığını və ona qarşı Fransa ərazisində hər hansı cinayət əməlinin törədilmədiyini aydınlaşdıraraq işi bağlayıb.
Fransa İnterpolun eks-rəhbərinin işini bağladı

Oxşar xəbərlər