Emmanuel Makron Türkiyəni Avropa Birliyində yox, strateji müttəfiq kimi görür.
Elis sarayında 250-yə yaxın diplomat, millət vəkili, beynəlxalq münasibətlər mütəxəssislərinin də iştirak etdiyi yığıncaqda çıxış edən Fransa prezidenti Emmanuel Macron xarici siyasət və Avropa Birliyinin təhlükəsizliyi ilə bağlı təkliflərini verib.
Fransa prezidenti NATO müttəfiqi ABŞ-da Trampın belə idarəçiliyinin fonunda Avropa Birliyinin təhlükəsizliyinin artıq ABŞ-a etibar edilməməli olduğunu vurğulayaraq, "Rusiya da daxil, Avropadakı bütün müttəfiqlərimizlə təhlükəsizlik məsələlərini ətraflı nəzərdən keçirməyi istəyəcəyəm" - deyib.
Avropanın Türkiyə və Rusiya ilə yeni və fərqli münasibətlər qurmasına ehtiyacı olduğunu deyən Makron, eyni zamanda bu ölkələrdə gedən dəyişikliyi nəzərə almalı olduğunu söyləyib.
''Prezident Ərdoğanın Türkiyəsi (Mustafa) Kamal zamanındakı Türkiyə deyil" Macron deyib.
"Türkiyənin AB üzvlüyünə qəbulu əvəzinə, bu ölkə ilə strateji müttəfiq olmaq lazımdır. Bu iki güc təhlükəsizliyimiz üçün vacib olduğundan Rusiya və Türkiyə ilə strateji müttəfiqlik vacibdir, onların Avropa ilə bağlı olması lazımdır".
Makronun nitqindən əvvəl ABŞ prezidenti Donald Tramp özünü NATO müttəfiqlərindən uzaqlaşdıran açıqlamalar vermişdi.
Tramp açıqlamalarında dəfələrlə bu Qərb ittifaqının qarşılıqlı müdafiə məsələlərindəki qərarlılığını sorğuladığı kimi, ABŞ-ın Avropaya verdiyi hərbi dəstəyin xərcinin də çox olduğundan şikayətlənmişdi.
Ötən ilki seçkilərdə Fransa prezidenti seçilmiş Emmanuel Makron AB-də köklü siyasi islahatların tətbiqi üçün əlindən gələcəyini edəcəyinə söz vermişdi.
Makronun təklifləri arasında indiyə kimi hələ də yetərli dəstəyi qazana bilməmiş Avrozona üçün ayrıca bir büdcənin formalaşdırılması tövsiyəsi də var.
Çərşəmbə axşamı Danimarka və Finlandiyaya üç günlük səfərə çıxan Fransa prezidenti AB üçün irəli sürdüyü reformalara dəstək istəyəcək.
Fransa prezidenti: “Ərdoğanın Türkiyəsi Kamalın Türkiyəsi deyil”
Oxşar xəbərlər