Fransada etirazların qarşısını almaq üçün 80 min polis səfərbər edilib

TF1 agentliyinə istinadən verilən məlumata görə, Fransanın baş naziri Eduard Filip bildirib ki, ölkədə "sarı jiletlilər"in 9-cu aksiyasının  qarşısını almaq üçün 80 min hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər ediləcək.

Onun sözlərinə görə, polislərin kəskin çoxalması etirazçıların taktika dəyişikliyi ilə əlaqəlidir. 

Həmçinin Filip onu da qeyd edib ki, paytaxtakı əmniyyətə 5 min polis və jandarma nəzarət edəcək. 

Xatırladaq ki, 8 həftədir ki, "sarı jiletlilər"in etirazları davam edir.