O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət edilib
Vəkil Fuad Ağayev iyulun 9-da barəsində olan intizam icraatına görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasına dəvət edilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Amerikanın Səsi”nə bildirib ki, Fuad Ağayevlə bağlı müvafiq intizam icraatı aparılır.
“Artıq İnitzam Komissiyası işə baxıb, rəy verib. İyulun 9-da İntizam Komissiyasının rəyinə Rəyasət Heyətinin iclasında baxılacaq. Sonra Kollegiyanın qərarı ilə bağlı geniş məlumat veriləcək”, - o qeyd edib.
Bununla yanaşı A.Bağırov vəkillə bağlı intizam icraatının aparılmasının səbəbləri, İntizam Komissiyasının rəyi barədə məlumat verməyib.
Qeyri rəsmi məlumatlara görə, Fuad Ağayevdən Vəkillər Kollegiyasına Penitensiar Xidmət şikayət edib.
Fuad Ağayevlə əlaqə saxlamaq cəhdimiz alınmadı.
Fuad Ağayev hazırda həbsdə olan ReAL Partiyasının sədri İlqar Məmmədovun yeganə vəkilidir.
Son aylar siyasi motivli sayılan işlərdə vəkil qismində çıxış edən bir neçə nəfər müxtəlif səbəblərlə Vəkillər Kollegiyasından uzaqlaşdırılıblar.
Belə ki, Vəkillər Kollegiyası vəkil Yalçın İmanovun, Fəxrəddin Mehdiyevin fəaliyyətini dayandırıb.
Vəkillər Kollegiyası aprelin 23-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında Nemət Kərimli və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.
Kollegiyadan uzaqlaşdırılan sonuncu vəkillərdən biri də İradə Cavadovadır.
Vəkil Fuad Ağayev barəsində intizam icraatı aparılır

Oxşar xəbərlər