4 vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib. Sentyabrın 7-də yayılan rəsmi məlumata görə, iclasda vəkillər barəsində 24 intizam icraatı üzrə İntizam Komissiyasının rəylərinə baxılıb.
 
7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib. Vəkil etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulub. Ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə və məhkəmə prosesi iştirakçılarına münasibətdə nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verilib.
 
Müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
 
Digər işlər üzrə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.
 
Vəkillər Kollegiyasının 1500-dən çox üzvü var.
 
Novator.az