2018-ci ildə Vəkillər Kollegiyasına vəkillərlə bağlı 152 şikayət daxil olub. Şikayətlərin 18-i dövlət orqanlarından, 5-i qeyri- dövlət orqanlarından, 129-u vətəndaşlardan daxil olub. Bu barədə "Amerikanın səsi"nə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, bütün şikayətlərə Vəkillər Kollegiyasının Rəyasət Heyətində baxılıb.
"Şikayətlər İntizam Komissiyasında araşdırıldıqdan sonra 1 vəkilin Kollegiya üzvlüyündən çıxarılması ilə bağlı məhkəməyə müraciət edilib, 27 vəkilə xəbərdarlıq olunub, 7 vəkilə töhmət verilib, 8 vəkilə irad bidirilib, 5 vəkilin Kollegiyaya üzvlüyü müvəqqəti dayandırılıb.
Beləliklə, 21 vəkilə intizam tənbehi tətbiq edilib, 131 şikayət üzrə isə intizam tənbeh tədbiri tətbiq edilməsindən imtina olunub", -o qeyd edib.
2018-ci ildə Vəkillər Kollegiyasına 152 şikayət edilib

Oxşar xəbərlər