Vəkillər Kollegiyasının sədri biznesə girişib

Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Finance Leasing” ASC-dən pay alıb.
Bu barədə şirkətin maliyyə hesabatında bildirilir.

Hesabatda ölkənin baş vəkilinin lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. Qiymətli kağızlar ötən il əldə olunub.
Vəkillər Kollegiyasının yeni sədrinin biznesi fəaliyyəti göstərmək üçün vəsait əldə etməsi çox da təəccüblü görünməməlidir. Anar Bağırovun Kollegiyaya rəhbərlik etdiyi qısa müddət ərzində hakimiyyətin müstəqil vəkillərə qarşı repressiyaları daha da güclənib və onun bu repressiya siyasətində böyük rolu göz qabağındadır.
Anar Bağırovun səhmdara çevrilməsi hakimiyyətin belə şəxslərə adətən yaxşı maliyyə imkanları yaratması ilə birbaşa bağlı olan məsələ kimi qiymətləndirilməlidir.