Vəkil Şəhla Hümbətova yanvar ayından hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşmək üçün Cəzaçəkmə Müəssisələrinə buraxılmır.
Bu barədə vəkil özü sosial şəbəkədə yazıb: “Bu ilin yanvar ayından cəzaçəkmə müəssələrinə buraxılmıram. Bunun üçün min bir bəhanə uydurulur, cəzaçəkmə müəssisəsi Penitensiar Xidmətin Baş İdarəsinin üstünə atır, orda isə ümumiyyətlə məsələmə baxılmır. Konkret olaraq 15 saylı cəzaçəkmə müəssisəsinə iki dəfə buraxılmamışam- fevral və mart ayında. Səbəb bu oldu ki, 2019 il üçün yeni icazə məktubu gətirməlisən, mən ombudsman aparatına zəng vurub şikayət etdim və aparatın işçisi Penitensiar Xidmətə bunun qanunsuz tələb olduğunu başa saldı. Razılaşdılar ki, düzdür, məktub tələb olunmur, amma orderi köhnədir, Vəkillər Kollegiyası yeni order forması tətbiq edir, o formada order versin.
Mən və Ombudsman aparatının işçisi Rəşid müəllim başa salmağa çalışmışıq ki, bu yeni müqavilələrə aiddir, iki il əvvəl bağlanan müqavilənin yeni orderi verilə bilməz. Dedilər, onda qoy Kollegiya bizə təzədən məktub yazsın ki, bu köhnə müqavilələrə aid deyil, çünki yazdıqları məktubdan bu aydın deyil. Beləliklə, 4 saat ərzində mən də, Rəşid müəllim də dirəşməyimizə baxmayaraq içəri buraxılmadım.
13 may tarixdə yenidən 15 saylı müəssisəsəyə getdim və bu dəfə də yeni görüş məktubu tələb etdilər. Mən yenə qanunu başa salmağa başlayanda isə getdi Baş İdarəyə zəng elədi və qayıdıb sakitcə dedi ki vallah bizlik deyil, Xidmət belə tapşırıb. Məsələ bundadır ki, görüş məktubu deyilən icazənin qanunsuz tələb olmasına baxmayaraq, biz illərdir Baş İdarəyə ərizə ilə müraciət edib bu məktubun verilməsini xahiş edirik (işimiz çətinə düşməsin deyə). Adətən problemsiz verilir, bir həftə-on gün ərzində və biz gedib məhkumla görüşürük. Bu ilin yanvarına qədər məndə də problem olmayıb, amma görünür, yanvardan mən qara siyahıya düşdüm. Məsələn 12 saylı cəzaçəkmə müəssisəsində Nardaran məhbusu ilə görüşmək üçün ərizə ilə müraciət etmişəm və beş aydır ki, həmin görüş məktubu verilmir. Halbuki, başqa vəkil həmin müəssisədə digər Nardaran məhbusu ilə görüşmək üçün ərizə verdi və bir həftə sonra ona görüş icazəsi verildi.
Mənim qara siyahıya salınmağımın və kalonlara girişimə qeyri rəsmi qadağa qoyulmasının səbəbini düşünəndə ağlıma gələn yeganə ehtimal Mehman Mehman Hüseynovun işində penitensiar xidmətin ”sözünə baxmamağım” və onların maraqlarına zidd hərəkət etməyimdir. Mehmanın müdafiəsi məhz yanvar ayında olub və ondan əvvəl heç vaxt penitensiarla bağlı problemim olmayıb.
Məsələ ilə bağlı iki həftə əvvəl Vəkillər Kollegiyasına (Anar Bağırova), Ədliyyə Nazirinə, Penitensiar Xidmətin rəisinə və Ombudsmana şikayət göndərmişəm, amma heç birindən cavab almamışam. Bundan əvvəl Kollegiyaya gedərək sədr müavini Aydın müəllimə məsələni anlatmışam, söz verdi ki araşdırıb həll edəcək. İki gün sonra bildirdi ki, mən penitensiar xidmətlə danışdım, dedilər, nəyisə pozuruqsa, getsin versin məhkəməyə. Belə də edəcəm.
Vəkilin müdafiə etdiyi şəxslə görüşməyinin hüquqi tərəfinə dair kiçik arayış: Dediyim kimi, müdafiə etdiyimiz məhkumla görüşmək üçün cəzaçəkmə müəssisəsi “görüş məktubu” tələb edir ki, bunun üçün Penitensiar Xidmətə orderin və vəsiqənin surətini təqdim edərək oradan gedəcəyimiz müəssisəyə görüşə icazə verən məktub göndərilməsini gözləyirik. Cəzaçəkmə müəssisəsinə gəldikdə də ilk sual “məktubunuz varmı?” sualı olur. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə vəkilin müdafiə etdiyi şəxslə cəzaçəkmə müəssəsində görüşməsi üçün, ümumiyyətlə, hər hansı bir məktubun və ya icazənin alınması nəzərdə tutulmayıb.
AR Cəzaların İcrası Məcəlləsinin 81.9-cu maddəsinə əsasən vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Vəkilin səlahiyyətlərini təsdiq edən sənəd vəkil vəsiqəsi və orderdır. Lakin cəzaçəkmə müəssisəsi order və vəsiqə ilə kifayyətlənməyərək məhkumla görüşmək üçün qanunla nəzərdə tutlmayan sənəd (məktub) tələb edir, üstəlik hər il həmin məktubun yenilənməsini istəyir. Bu praktika illərdir davam edərək vəkilin və məhkumun hüquqlarının həyata keçirilməsini icazə xarakterli prosedura çevirərək onu Penitensiar Xidmətinin mülahizəsindən asılı vəziyyətə salır.”
Vəkil Şəhla Hümbətova müdafiə etdiyi şəxslərlə görüşə bilmir

Oxşar xəbərlər