Daha bir tanınmış vəkilə töhmət verildi

Vəkillər Kollegiyası (VK) daha bir tanınmış vəkilə töhmət verib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə qərar dünən Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.
 
Qərara əsasən, vəkil Fuad Ağayevə töhmət verib. Qərar Penitensiar Xidmət rəhbərliyinin Vəkillər Kollegiyasına şikayəti əsasında çıxarılıb. 
 
Qeyd edək ki, daha əvvəl VK tanınmış vəkil İradə Cavadovanın vəkillik fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət edilməsi haqqında qərar çıxarıb. Bundan başqa, kollegiya Nemət Kərimli, Fəxrəddin Mehdiyev və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.