“Bəzi müxalifyönlü partiya mənsubiyyətli hüquqşünaslara vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamlar həqiqəti əks etdirmir”.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O qeyd edib ki, Vəkillər Kollegiyasına qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz:
“Vəkilliyə qəbul imtahanlarından kəsilənlər arasında dövlət qulluğunda çalışanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan kəsilmələrinə nə bəhanə edirlər? Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq. İmtahanlardan kəsilənlər sırasında digər partiya mənsubiyyəti olanlar da var”.
Hüquqşünas Ənnağı Hacıbəyli Anar Bağırovun açıqlamasına sualla reaksiya verib:
“Ümumiyyətlə, vəkilin siyasi mənsubiyyətinin hansı əhəmiyyəti var? Birinci, Vəkillər Kollegiyasından ləyaqətli vəkilləri - Yalçın İmanovu, Xalid Bağırovu, Nemət Kərimlini və Fəxrəddin Mehdiyevi uzaqlaşdırırlar. Onlardan ikisi partiya üzvüdür. Anar Bağırov YAP üzvlərinin kollegiyaya qəbul edilmədiyini də söyləyir, nə olsun?”
Onun sözlərinə görə, üzv qəbul olunanlar sırasında elə adamlar var ki, nə mənəviyyatı, nə savadı imtahandan 3 almağa da yetmir.
“Amma üzv qəbul edirlər, çünki polis və prokurorluq orqanlarından istefaya çıxmışlardır. Halbuki, cinayət qanunvericiliyini orta səviyyədə də bilmirlər, mülki qanunvericiliyi isə ümumiyyətlə bilmilər. Məsələ ondadır bu adamlar həmişə qapazaltı və sözəbaxan olduqlarından asan idarə olunurlar. Belələri ona görə kollegiyaya qəbul olunur ki, sabah hüquq-mühafizə orqanlarında kiməsə işgəncə veriləndə onları göndərsinlər”.
Ənnağı Hacıbəyli bildirib ki, yeni rəhbərliyin gətirdiyi “yenilik”lərdən biri ən adi bir tədbirin, kollegiya sədrinin adi bir çıxışının və ya müsahibəsinin “Facebook”da və mətbuatda kütləvi bəyənilməsidir:
“Sovet dövrünün fabrik və zavodlarda əks-səda vermiş zəhmətkeş yığıncaqlarını xatırladan bu reaksiyalara dünən cəmiyyətdə baş verən hadisələrə fərqli münasibət bildirmiş bəzi şəxslərin də qoşulması isə acı təəssüf doğurur. Azərbaycanın bəlalarının başlıca səbəblərindən biri cəmiyyətin xeyli hissəsinin dəyərlərini sürətlə və heç bir vicdan sızıltısı hiss etmədən dəyişməsidir. Anar Bağırov bu günlərdə keçirdiyi bir toplantıda Vəkillər Kollegiyasının üzvlərinə səslənməyə məcbur oldu: “Mənim yox, kollegiyanın, vəkilliyin ətrafında birləşin”. Görünür, hətta o da görməyə başlayıb ki, psevdoislahat tərəfdarlarının kütləvi bəyənmə kampaniyaları artıq toplumda ikrah doğurur və acı gülüş obyektinə çevrilib”.
Onun fikrincə, kollegiyaya vicdanlı vəkillərin üzv seçilməməsində məqsəd müstəqil insanları, şəxsiyyətləri sındırmaq, boyunlarını boyunduruğa qoymaqdısa, ünvan düzgün seçilməyib.
“Artıq gecdir. Səməd Rəhimli də, Tural Hacıbəyli də formalaşmış şəxsiyyətlərdi və onlar cəmiyyəti dəyişmək gücünə sahib, bu iddiada olan insanlardı. Axı bu qədər avantürist, bu qədər düşmənçilik, bunca qərəzli olmaq olmaz! Hədlər aşılanda insan çox iyrənc görünür. Bunun fərqində olmamaq isə ikiqat ikrah doğurur.
Ağıllı olun. Hamının hesabat verəcəyi gün var. Özünüzə, uşaqlarınıza buraxdığınız mirasa baxın və nəticə çıxarın. Elə edin ki, sonra gec olmasın”.
Əsabəli Mustafayev deyib ki, ictimai-siyasi fəaliyyəti olan 10-a yaxın hüquqşünas vardı, onlar əvvəlcədən də müəyyən işlərə mülki qaydada da çıxırdılar.
“Məsələn, “Sərbəst toplaşmaq azadlığı”nın, yaxud siyasi fəalların müdafiəsi. Bu adamlar kollegiyaya üzv olmaq üçün imtahan vermişdilər, hamısı da birinci imtahandan keçmişdilər. Amma heç biri üzvlüyə qəbul edilmədi. Bununla siyahı qapandı”.
Onun sözlərinə görə, imtahandan “kəsilənlər” uzun illərdir hüquq məsələləri və nümayəndəliklə məşğuldurlar. Eyni zamanda, təlimçi qismində bir çox beynəlxalq təlimlərdə iştirak ediblər, Avropa Məhkəməsində uğurlar qazanıblar:
“Ruslan Mustafazadə ilə Avropa Məhkəməsinin 100-ə yaxın qərarında bir yerdə işləmişik. Bu cür təcrübəli insanların kənarda qalması çox təəssüf doğurur. Mümkün deyildi ki, hamısı imtahandan keçməsin. Yaranmış vəziyyət sistemin bu şəxslərə münasibətdə qiymətləndirməni aşkarlayır”.
O deyib ki, Vəkillər Kollegiyası müsahibələrdə şəffafllığı təmin etməliydi. Qaydalara görə şifahi müsahibələrdə jurnalistlər, yerli və beynəlxalq QHT-lərin nümayəndələri iştirak edə bilərdilər.
“Amma bu iştirakın təmin edilməsi barədə məlumat yoxdur. İmtahanın gedişatı audio-videoçəkilişlə aparılmalıydı. Yəni şəffaflığın olmaması müəyyən şübhələr yaradlır”.
meydan.tv
Ənnağı Hacıbəyli: Vəkilliyə qəbul olunanlar sırasında savadı 3 almağa yetməyənlər var

Oxşar xəbərlər