İsrail rəsmən açıqladı: İrana qarşı hərbi ittifaq qurulacaq

İsrail kəşfiyyat naziri Yisrael Katz İrana qarşı hərbi ittifaqın yaradılacağını bildirib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ittifaqda ərəb və qərb dövlətləri yer alacaq.
 
"Əgər İran ABŞ-ın istəklərini yerinə yetirməsə, İsrail ərəb və qərb ölkələrindən ibarət ittifaq qurmaq üçün çalışacaq. ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirli olacağını düşünürəm" deyə Katz açıqlamasında qeyd edib.
 
Qeyd edək ki, Donald Tramp 2015-ci ildə İranla imzalanmış nüvə sazişindən imtina edib. İran isə uranın zənginləşdirilməsi proqramına yenidən başlamağa hazırlaşır.