Fevralın 25-də Meydan TV-nin jurnalistləri Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova, Xəyalə Ağayeva və Nurlan Qəhrəmanlı Bakı İstintaq Təcridxanasında Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri ilə görüşüblər.
Bu barədə jurnalistlərin yaxınları Meydan TV-yə məlumat veriblər.
Onların məlumatına görə, görüşdə İşgəncələrin Qarşısının Alınması Şöbəsinin müdir müavini Vəfa Verdiyeva və digər əməkdaşlar Samir Quliyev və Əflatun Baxışov iştirak edib.
Görüş zamanı Ombudsmanın əməkdaşları jurnalistlərin zorakılıqla bağlı şikayətlərini dinləyib.
Fevralın 18-də Meydan TV-nin jurnalistləri Aysel Ümüdova, Aytac Tapdıq, Xəyalə Ağayeva təcridxanada zorakılığa məruz qalıb. Təcridxana əməkdaşları otağa daxil olaraq axtarış ediblər. Bu hadisədən sonra jurnalistlərin ailələri Ombudsman Aparatına müraciət etmişdilər.
Nurlan Qəhrəmanlı isə 40 gündən artıqdır aclıq aksiyası keçirir.
Həbsdə olan MeydanTv-nin jurnalistləri Ombudsman aparatının üzvüləri ilə görüşüb