Bəhreyndə partlayış səsləri eşidilib, Qətər hava məkanını bağlayır

Bəhreyndə partlayış səsləri eşidilib.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, həyəcan siqnalları işə düşüb.

ABŞ-ın Bəhreyndəki bazasına zərbə endirildiyinə dair məlumatlar var. Lakin hələlik bu barədə rəsmi məlumat yoxdur.

Bundan başqa, Qətərin hava məkanını bağladığı bildirilir.