İsrail blokada altında saxladığı Qəzza sektoruna Qurani-Kərim nüsxələrinin gətirilməsinə imkan vermir.
Bu barədə HƏMAS rəsmisi məlumat yayıb.
Qeyd edilib ki, bu addım İsrailin Fələstin xalqına qarşı apardığı dini və mədəni müharibənin bir hissəsidir.
“Qəzzada məscidləri dağıdan, Quranları yandıran və kitabxanaları məhv edən işğalçı İsrail rejimi indi də Quran nüsxələrinin Qəzza xalqına çatmasına mane olur. Vəhy Kəlamının insanlara çatmasına mane olanlar nə cür varlıqlardır?!”, – deyə əlavə edib.
HƏMAS rəsmisi İslam dünyasının Qəzzada baş verənlərin müqabilindəki səssizlik və hərəkətsizliyini pisləyərək deyib ki, “Qəzzanın əzilən xalqının yemək, dərman və indi də Quran kimi təməl ehtiyaclarının təmin edilməməsi böyük bir səriştəsizlikdir”.
İsrail Qəzzaya Quranların göndərilməsinə mane olur