İlham Əliyev İran xalqına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev İran xalqına başsağlığı verib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, o, İran prezidenti Məsud Pezeşkiana məktubunda bu ölkənin ali lideri Ayətullah Seyid Əli Xameneinin "faciəvi vəfatı xəbərinin bizi dərindən kədərləndirdiyini" qeyd edib.
"Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq. Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir", - məktubda deyilir.
Əliyev İran xalqına "sülh, sabitlik və əmin-amanlıq" arzulayıb.
Ayətullah Xamenei fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin birgə hücumları nəticəsində həlak olub.