Fələstin İsraili Beynəlxalq Cəza Məhkəməsinə verdi

Fələstin İsraili Beynəlxalq Cəza Məhkəməsinə verib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin xarici işlər naziri Riyad Maliki İsrailin qətliamları ilə əlaqədar sənədi məhkəməyə təqdim edib. Qurumdan bu ölkənin qeyri-qanuni yerləşmə prosesinin tədqiqatı da tələb edilir. Bildirilir ki, İsrailin Fələstinə qarşı törətdiyi cinayətlərə dair kifayət qədər sübut var. 
 
İsrail tərəfi isə bu iddiaların hüquqi əsası olmadığını vurğulayıb.