Oktyabrın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 17 ərizə üzrə 5 qərarı elan edib. Bütün qərarlarda ərizələrin hüquqlarının pozulması tam və ya qismən tanınıb.
Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin avqustunda həbs edilmiş və 5 il azadlıqdan məhrum edilmiş jurnalist Seymur Həziyə qarşı xuliqanlıq ittihamı ilə cinayət təqibini qanunsuz sayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Həzinin Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə hüququnun pozulduğunu tanıyıb və ona 4600 avro məbləğində pul kompensasiyası verilməsi barədə qərar qəbul edib.
Avropa İnsan Hüquqları Məhkəməsi digər qərar ilə jurnalist Hafiz Babalanın hüquqlarının pozulduğunu tanıyıb. Babaladan başqa daha 5 nəfər Azərbaycan vətəndaşı bu iş üzrə ərizəçi kimi çıxış edib. Şikayət onların mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar etiraz aksiyasının keçirilməsinə qadağa qoyulmasından verilib.
Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçilərin ədalətli məhkəmə araşdırması və sərbəst toplaşma hüquqlarının pozulduğunu etiraf edib və mənəvi ziyana görə onlara 5800 avro, məhkəmə xərclərinin ödənilməsi üçünsə 1500 avro kompensasiya ödənilməsini qərara alıb.
Avropa İnsan Hüquqları Məhkəməsi "Hacıbaba əzimov və başqaları Azərbaycana qarşı" işində ərizəçilərin mülkiyyət hüquqlarının pozulduğunu tanıyıb. Onlar park tikintisilə əlaqədar Bakı meriyası tərəfindən zorla köçürülüblər.
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinin ərizəçilərlə ədalətli kompensasiya barədə razılığa gəlməsi üçün 3 ay vaxt verib. Tərəflər razılığa gəlməsə, Avropa İnsan Hüquqları Məhkəməsi kompensasiyanın məbləğini özü müəyyən edəcək. Ərizəçilər kompensasiyanın həcmini 2 milyon 101 min 602 manat qiymətləndiriblər.
“Ağayev və Zülfüqarzadə şirkəti Azərbaycana qarşı” işi üzrə analoji qərar qəbul edilib. Şikayət şirkətin və iki fiziki şəxsin şərikli mülkiyyətində olan evin və torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi iddiaları ilə bağlı olub. Özgəninkiləşdirmə “Qış parkı”nın tikintisi zamanı baş verib.
Ərizəçi əmlakın özgəninkiləşdirilməsi ilə bağlı dövlət orqanlarının inzibati aktlarının qanunsuz sayılmasını tələb edib. Yekunda özgəninkiləşdirilmiş sahənin hər kvadrat metri üçün ərizəçiyə 1500 manat məbləğində kompensasiyanın ödənilməsinə qərar veriliib. Ancaq həmin qərar icra edilməyib.
Ərizəçi şirkət ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozulmasından şikayət edib. Həmçinin üzləşdiyi pozuntulara qarşı effektiv müdafiə vasitələrinə malik olmadığını mübahisələndirib.
Ərizəçi ümumilikdə 800 min avro məbləğində maddi və mənəvi zərər əvəzi tələb edib. Ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmayan Strasburq məhkəməsi tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Əks halda, Avropa İnsan Hüquqları Məhkəməsi kompensasiyanın məbləğini özü müəyyən edəcək. Bu işdə ərizəçini vəkil Fuad Ağayev təmsil edib.
“Namizəd Səfərov və başqaları Azərbaycana qarşı” işində 7 ərizə birləşdirilib. Ərizəçilər onların dinc toplaşma hüququnun pozulduğunun tanınmasını istəyiblər.
Hökumət ərizəçilərin hüquqlarının pozulduğunu birtərəfli qaydada tanıyıb və ərizəçilərə - vətəndaş cəmiyyəti fəallarına mənəvi zərərə görə 1350 avro və məhkəmə xərcləri üçün 225 avro ödəməyə hazır olduğunu bildirib.
Avropa İnsan Hüquqları Məhkəməsi Seymur Həziyə qarşı cinayət təqibini qanunsuz sayıb