İran və Rusiya bir-birilə milli pullarla ticarət edir

Rusiya ilə İran öz aralarındakı hesablaşmalarda milli pul vahidlərindən, yəni rubl və rialdan istifadə edilir.

 

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 2023-cü ildə iki ölkə arsındakı qarşılıqlı ticarət dövriyyəsi 4 milyard dollardan çox olub, 2024-cü ilin ilk 8 ayında isə bu göstəricilərdə 12,4%-lik artıb baş verib.

Qarşılıqlı hesablaşmaların 96%-dən çoxu isə milli valyutalarla həyata keçirilir.