Müsəlman Birliyi Hərəkatının qurulma zamanı böyük müzakirələrə səbəb olan bir neçə hadisə yaşanırdı. 2014-cü ilin payızına təsadüf edən o günlər dini camiə üçün bir ilk olan dini və milli məfkurənin birliyində hərəkat formalaşdırmaq çox çətin idi. Eyni halda bəzən ziddiyyətlərin yer aldığı kənar təsirlər aradan qaldırılaraq son söz söyləyən cəsarətli bir ürək tələb edirdi.
O dövrdə həbsxana həyatı yaşayan Tale Bağırzadənin məhdud telefon zəngləri, mümkün vəziyyətdə atılmalı olan addımlarda cəsarət nümayişi hər dəfə bir maneəni aradan qaldırırdı. Lakin zaman uzandıqca ümidsizliyə yol açan bir boşluğu hərəkatın qurulması barəsində arzuları qoynuna alınca bu çətin durumda hər kəsin nəzəri yenə həbsxana divarlarına dikilirdi.
Birmənalı söyləmək olardı ki, onun daxili və xarici təzyiqlər altında iti zəkası, siyasi səhnədə yeni fikirlərin mütərəqqi olmasına inamı və İlahi əmrlərə sığınan böyük inancı sonunda öz qətiyyətini nümayiş etdirə bildi.
2015-ci ilin 13 yanvar səhəri ilk addımı ilə Müsəlman Birliyi Hərəkatı Hacı Tale Bağırzadənin böyük hünər və uzaqgörən siyasəti nəticəsində yarandı. Nizamnamə hazırlandı, rəsmi dövlət orqanlarına müraciət edildi, hərəkatın loqosu vuruldu, sayları tezliklə yüzlər üzərinə yüksələn bir MBH ailəsi təsis edildi. Uzaqgörən, rəşadətli, inam və inanclı bir liderin, Hacı Tale Bağırzadənin başçılığı altında.
Bu gün 40 yaşını qeyd etdiyimiz liderimiz artıq 9 illik bir zamanın ağlasığmaz işgəncələrini yaşayıb və yaşamaqda davam edən, 74 üzvü siyasi məhbus olaraq həbs həyatına məhkum edilən hərəkat Tale Bağırzadəyə bərəkətli ömür, siyasi uğur və can sağlığı arzu edir. Bərabər bölüşdüyü haqq cəbhəsində liderinin yanında zülmün qarşısında durmaq missiyasının Tale Bağırzadə sayəsində davamı hərəkatın qürur mənbəyidir.
Bütün siyasi məhbuslarla yanaşı Tale Bağırzadəni azad görmək ümidi ilə Hacının ad gününü bütün MBH ailəsi ürəkdən təbrik edir.
Müsəlman Birliyi Hərəkatı
MBH ailəsindən Tale Bağırzadəyə təbrik mesajı