Canımız fəda olsun bu kişilərin yoluna

Bir il ayın, günəşin, yer kürrəsinin öz oxu, birinin digəri ətrafında dövrü müddəti olaraq gerçəkləşir. 365 gün cisimlərin hərəkət cədvəli olaraq təqvimin bir ilini çevirir. Maraqlı odur ki, bu tarixi hər kəs taleyinə bir il olaraq daxil edərək ad günü qeyd etdiyi dövriyyə heç bir istək və təsir olmadan, insan faktoruna əsaslanmadan icra edilir.
Bir yaş ilini qeyd edən insan sanki 365 dəfə günəşin doğması, ayın batması kimi təbii hadisələrin təntənəsi ilə bir ili arxada qoymasını xüsusi bir gün sayaraq dəyərləndirir. Həqiqətdə bütün bunlar onun olub olmamasından asılı olmayaq icra edilən təbii İlahi düzən olaraq gerçəkləşir.
Bunun xüsusi qeydi, təqvimin əlamətdarlığı şəxsin ora həkk edə bildiyi xüsusi dəyərləri, fərdindən cəmiyyətinə, yaşadığı dünyaya bəxş edə biləcəyi faydalılıq, yararlılıq keyfiyyətinə görə dəyər tapır.
Eyniliklə bu günü ad gününü qeyd etdiyimiz dəyərli insan, gözəl dost hacı Tale Bağırzadə kimi.
Artıq 13-cü ildir ki, həbsxana divarları arxasında qeyd edilən doğum günlərinə onun bir ömür mübarizə və mücadilə, həqiqətin öz yerini alması üçün məhrumiyyəti, İlahi nurun təcəlla etməsi üçün gəncliyini həbsxana divarları arasında qurban verməsi və bu kimi bir çox özəlliklərə malik ömür səhifələri, kainatın hərəkət sisteminə öz varlığı ilə tarix yazan hadisələrlə bu ömrün nə qədər böyük dəyərə malik, hərəkət məhvərinə təsiri ilə əlamətdardır.
Kiçik qəsəbədən böyük şəhərlərə, ölkədən dünyaya açılan geniş baxışları ilə hər bir hadisəni diqqəətdə saxlayan ona xüsusi mövqe nümayiş etdirən Tale Bağırzadə bir o qədər diqqət və qayğısı ilə əhatəsində olan insanları da öz sevgisi ilə əhatələndirib. Bu unikal insan bir ömrün həqiqi məsuliyyəti və missiyasi üzərində mümkün vəzifəsində əsla yorulmadan fədakarlıqda əvəzsizdir.
Əziz qardaşım, səni mübarizə dolu həyat yolunda bir daha salamlayır, dəyərli ad günün münasibəti ilə Kürdəxanı təcridxanasından dəyərli dostuma ən xoş arzularımı ünvanlayıram. Allah səni həmişə haqqın keşiyində, ədalətin müdafiəsində, İmamın (ə.f.) ordusunda sabitqədəmlərdən qərar versin.
Ad günün mübarək qardaşım.
 
 
AğaƏli Yəhyayev
MBH-nin İH-nin üzvü