MBH üzvülərindən biri də saxlanılıb

Həbslərin gerçəkləşdiyi gündəmə daha bir inanclı əlavə olunub. İyunun 22-də kuryer işlədiyi Bakı şəhəri Nərimanov rayonunda günorta radələrində inanclı Qurban Quliyev iş fəaliyyəti ilə məşğul ikən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. 

Məlumata görə, inanclının işlədiyi müəssisədə daha iki nəfər də saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılıb. Qurban Quliyevin saxlanılmasından sonra sərbəst buraxılan şəxslərin bu idarədə olması Qurban Quliyevin də həmən idarə tərəfindən saxlanılması şübhəsini yaradır. Ailəsinin Qurban Quliyevlə bağlı axtarışları isə hələ ki heç bir nəticə verməyib.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Qurban Quliyevin qardaşı birinci Qarabağ müharibəsi şəhidi Cabir Quliyevdır.