İraq BRİKS-ə qoşulsa, ABŞ “rıçaqını” qıracaq

İraq hökuməti BRİKS-ə qoşulmaq imkanını gözdən keçirir.

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, bu barədə İraq deputatı, parlamentin Neft və Energetika Komitəsinin üzvü Zeynəb əl-Musəvi bəyan edib.

İraq üçün bütün imkanlar açıqdır. Şübhəsiz, hökumət BRICS-ə qoşulmaq məsələsini gözdən keçirir, hökumət bu variantı tədqiq etməlidir. Əgər hökumət bu qrupa qoşulmağa dair qanun layihəsini parlamentə daxil etsə, o zaman biz, əlbəttə ki, onu qəbul edəcəyik“, – deyə iraqlı parlamentari qeyd edib.

Onun fikrincə, yeni əlaqələrin genişlənməsinin sayəsində İraq iqtisadiyyatı ABŞ dollarının “hökmranlığını” məhdudlaşdıra və Vaşinqtonun zorla qəbul etdirdiyi maliyyə və ticari baryerlərdən xilas olmaq olar.

Bu (BRİKS-ə üzvlük), ölkəni amerikalıların dollardan təzyiq vasitəsi kimi istifadə təhdidindən azad edəcək. Beləliklə də, ABŞ öz bel bağladığı “rıçaqını” itirəcək“, – deyə o əlavə edib.