Daha bir jurnalist İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirdi - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin Səhiyyə Nazirliyi dünən jurnalist Əhməd Əbu Hüseynin həyatını itirdiyini bildirib. Fələstinli jurnalistin Qəzza zolağı sərhədində həyata keçirilən "Böyük Qayıdış Yürüşü" zamanı aldığı yaranın təsirilə həyatını itirdiyi qeyd edilib. Jurnalist Əhməd Əbu Hüseynin 20 apreldə sərhəd bölgəsində keçirilən aksiyaları təqib etdiyi zaman İsrail qüvvələrinin gülləsindən yaralandığı və sağlamlıq vəziyyətinin kritik olması səbəbiylə Təl Haşomer xəstəxanasına çatdırıldığı bildirilib.Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Əbu Hüseyn "Böyük Qayıdış Yürüşü" aksiyalarının başlamasından bu yana İsrail qüvvələrinin öldürdüyü ikinci jurnalistdir.