08 June 2023

Əl-Həkimdən İranın və regiondakı bəzi ölkələrin roluna vurğu

İraq Milli Hikmət Hərəkatının lideri Əmmar əl-Həkim Pakistan xarici işlər naziri ilə regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

İraq Milli Hikmət Hərəkatının media bürosunun verdiyi məlumata görə, Seyyid Əmmar əl-Həkim İraqa səfəri zamanı Pakistanın xarici işlər naziri Bilawal Bhutto Zardarini salamlayaraq, bu səfərin Bağdadda iki dost ölkə üçün əhəmiyyətini vurğulayıb.

Azərbaycan Şimali İraqda konsulluq açacaq

 İraq Kürdüstan Regional Rəhbərliyinin rəhbəri Nəçirvan Bərzani Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovla görüşüb. Bu görüşdə Azərbaycan ilə İraq və Kürdüstan regionu arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Hər iki tərəf xüsusilə iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu bildirdi.

Rusiyada “Euroclear” və “Clearstream”in aktivləri dondurulub

Rusiya Avropa İttifaqının addımlarına cavab olaraq “Euroclear” və “Clearstream” beynəlxalq depozitarlarının təxminən 229,1 milyard rubl (2,6 milyard avro) məbləğində aktivlərini dondurub.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Forbes” şirkətin ötən il üzrə hesabatlarına istinadən məlumat yayıb.

"Norway Chess": Şəhriyar Məmmədyarov Karlsenlə qarşılaşacaq

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

Operativtv.com Reporta istinadən məlumatına görə, 38 yaşlı qrossmeyster VIII turda yerli iti zəka sahibi Maqnus Karlsenlə üz-üzə gələcək.

Məmmədyarov VII turda armageddonda ABŞ təmsilçisi Hikaru Nakamuraya yenilib. O, hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb. Nakamura isə 12,5 xalla ikinci sıradadır.

Azərbaycan və İran arasında hava yollarının dayandırılması şaiyədir

Azərbaycandakı İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan İran-Azərbaycan arasında hava yollarının dayandırılması xəbərinin şaiyə olduğunu bildirib. O, əlavə edib ki, Azərbaycanla İran arasında hazırda həftədə iki dəfə həyata keçirilən uçuşların sayını dörd dəfəyə çatdırılması gözlənilir.

Vəkil: Bəxtiyar Hacıyevin psixoloji yardıma ehtiyacı var

"Bəxtiyar Hacıyevin psixoloji yardıma ehtiyacı var. Hacıyev ombudsmandan ona psixoloji yardım edilməsi üçün mütəxəssis dəvət etməsini xahiş etdi. Bu gün mən Bəxtiyar Hacıyevin müraciətini ombudsman Səbinə Əliyevaya çatrdıracam".

Bu barədə vəkil Fəxrəddin Mehdiyev iyunun 7-də 1 saylı Baklı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşündən sonra Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, son hadisələr Hacıyevdə ciddi psixoloji travmalar yaradıb.

Türk lirəsi dollar qarşısında dəyərini itirməkdə davam edir

Türk lirəsi çərşənbə gününün ilk yarısında təxminən 7 faiz dəyər itirərək, dollar qarşısında 2021-ci ildən bəri ən böyük gündəlik enişini yaşayır. USD/TL məzənnəsi saat 13.00-a 23.16 səviyyəsini keçib. Dollar günə 21.61 səviyyəsindən başlayıb.

Digər tərəfdən, Avro/TL məzənnəsi gün ərzində sürətlə artaraq 24,89 səviyyəsinə çatıb. Həftənin əvvəlindən bəri məzənnədə müşahidə olunan yüksəliş çərşənbə günü də sürətlənib.

İran Təbii Qaz Paylayıcı Mərkəzi yaradır

İranın neft naziri bəyan edib ki, Rusiya, Türkmənistan və Qətərin əməkdaşlığı ilə ölkənin cənubunda qazpaylama mərkəzi yaradılacaq.

Mehr Xəbər Agentliyinin xəbərinə görə, İranın neft naziri Cavad Ovci bu gün mətbuata verdiyi açıqlamada, “Dünyada ikinci ən böyük qaz ehtiyatına sahibik. Rusiya, Türkmənistan və Qətərin əməkdaşlığı ilə Aseluyedə qazpaylama mərkəzi yaratmağa çalışırıq. Bununla bağlı hazırlıq işləri görülür” deyib.