Rusiyada “Euroclear” və “Clearstream”in aktivləri dondurulub

Rusiya Avropa İttifaqının addımlarına cavab olaraq “Euroclear” və “Clearstream” beynəlxalq depozitarlarının təxminən 229,1 milyard rubl (2,6 milyard avro) məbləğində aktivlərini dondurub.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Forbes” şirkətin ötən il üzrə hesabatlarına istinadən məlumat yayıb.

Belçikanın “Euroclear” şirkətinin hesabatında qeyd olunub ki, 2022-ci ilin sonunda “C” və “I” tipli hesablar üzrə müvafiq olaraq 188,5 milyard rubl və 28,9 milyard rubl bloklanıb. “Clearstream”in xülasəsində isə Rusiyada 134,1 milyon avro (təxminən 11,7 milyard rubl) məbləğində dondurulmuş vəsait göstərilib.