İnsanlıq vicdanına çırpılan bu sətirlər həqiqətən də ürəkağrıdıcıdır. Bu, Qarabağ Qazisi Tofiq Yaqublunun vəkili ilə ayrılan zaman ona söylədiyi son sətirləridir. Məlum səhnəni təsəvvür etmək çətin deyil, artıq suyun belə içilməsi mümkünsüz olan durum onu ölümlə qarşı-qarşıya gətirib.
Azərbaycan xalqının narahat ürəkləri, təbəqəsindən asılı olmayaraq, Tofiq Yaqublunun ölümün pəncəsindən alınması üçün əlindən gələn hər şeyi edir. Günahı xalqını sevmək olan Tofiq Yaqublunu bu məşəqqətdən qurtarmaq üçün bir iradə nümayişi yetərlidir.
O, bu anlar son nəfəsini almaqdadır. Onu bu məngənədən qurtarmaq üçün hələ fürsət var ikən həyat nemətindən məhrum etməyək. Öldürməyək, azad edək, bu anlar bəlkə də sonradan böyük peşmançılıq üçün son fürsət, dönüş nöqtəsidir. Bunu dəyərləndirək və Qarabağ Qazisini ailəsinə, yaxınlarına, Azərbaycan xalqına qaytaraq!
“Mən artıq ölümün ayaq səslərini eşidirəm”