ABŞ prezidenti Donald Tramp mayın 6-da bildirib ki, o, Yəməndəki husi qüvvələrinə qarşı hava zərbələrinin dayandırılması barədə göstəriş verib. Bu qərar İranın dəstəklədiyi husi üsyançılarının Yaxın Şərqdəki mühüm gəmiçilik marşrutlarında gəmilərə hücumları dayandırmağa razılaşmasından sonra verilib.
"Biz dərhal qüvvəyə minmək şərti ilə husilərə qarşı bombardmanı dayandıracağıq",- Tramp Ağ evdə Kanadanın baş naziri Mark Karni ilə görüşünün əvvəlində bildirib.
Tramp bu açıqlamanı verdikdən sonra Oman atəşkəsə vasitəçilik etdiyini və ABŞ-nin hərbi kampaniyasının sona çatdığını bildirib.
"Gələcəkdə heç bir tərəf, o cümlədən Amerika gəmiləri, digərini hədəf almayacaq. Bu da Qırmızı dəniz və Bab əl-Məndəb boğazında naviqasiya azadlığını və beynəlxalq ticarət gəmiçiliyinin maneəsiz axınını təmin edəcək", – Oman xarici işlər naziri Bədr əl-Busaidi X platformasında bildirib və bu razılaşmanı "təqdirəlayiq nəticə" adlandırıb.
ABŞ husilərə qarşı mart ayında hava zərbələri kampaniyasına başlamış və Tramp "əzici ölümcül güc" tətbiq edəcəyinə söz vermişdi.
Bu, Husilərin Yəmən sahilləri yaxınlığında İsrail gəmilərinə hücumları bərpa edəcəklərini bəyan etməsindən sonra baş vermişdi. Onlar bu addımı İsrailin Qəzza zolağına qarşı yeni blokada tətbiq etməsinə cavab olaraq atacaqlarını bildirmişdilər.
Tramp mayın 6-da bildirib ki, husilər ABŞ rəsmilərinə artıq döyüşmək istəmədikləri siqnalını veriblər. "Onlar sadəcə döyüşmək istəmirlər. Biz də bunu hörmətlə qarşılayacağıq və bombardmanları dayandıracağıq", –Tramp əlavə edib.
O həmçinin qeyd edib ki, bu açıqlama husilərin artıq gəmiləri partlatmayacağı anlamına gəlir.
Husilər 2023-cü il oktyabrın 7-də HƏMAS-ın (ABŞ və Aİ tərəfindən terrorçu qrup kimi tanınır) İsrailə qarşı ölümcül hücumu və bunun ardınca İsrailin Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyata başlamasından sonra Qırmızı dənizdəki gəmilərə və İsrailə zərbələr endirməyə başlayıblar. Omanın açıqlamasında husilərin İsrailə hücumları dayandırmağa razılaşıb-razılaşmadığı barədə heç nə deyilməyib.
Yəməndəki Husi Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat isə bildirib ki, qrup Qəzzaya dəstəyini davam etdirəcək.
İsrail ordusu mayın 6-da husilərə qarşı hava hücumları təşkil edərək Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanını tamamilə sıradan çıxardığını bildirib. İsrailin hücumları mayın 4-də İsrailin beynəlxalq hava limanına husilərin raket zərbəsi endirməsinə cavab idi.
"Eurasia Group"un baş analitiki Qreqori Brü X platformasında bildirib ki, husilər dekabrdan bəri kommersiya gəmisinə atəş açmayıblar.
"Lakin onların İsrailə atəş açmağa davam etməsi ehtimalı yüksəkdir", –Brü bildirib.
2023-cü ilin noyabrından 2025-ci ilin yanvarına qədər husilər 100-dən çox ticarət gəmisini raket və dronlarla hədəfə alıblar. Bu isə ildə təxminən 1 trilyon dollar dəyərində mal dövriyyəsi olan Qırmızı dəniz dəhlizi ilə ticarətin ciddi şəkildə azalmasına səbəb olub.
AzadlıqRadiosu
ABŞ və husilər atəşkəsə razılaşıblar