Lionel Messi "Mundo Deportivo" nəşrinə müsahibəsində ABŞ-ın "İnter Mayami" komandasına keçəcəyini bildirib

O müsahibəsində “PSJ” klubunda xoşbəxt olmadığını bildirib:
“Barselonaya qayıtmağı çox istəyirdim, bunun üçün çox həyəcanlı idim, amma gedəndə əvvəllər yaşadıqlarımı yaşamaq istəmədim. “La Liga”nın hər şeyi qəbul etdiyini və geri qayıtmağım üçün hər şeyin yaxşı olduğunu söylədiklərini eşitsəm də, hələ baş verməli olan çox şey var idi. Özümü kənarda qoyub ailəmi düşünməli olduğum bir dövrə girdim. Son iki il ailəm üçün o qədər də yaxşı olmadı. Qorxurdum ki, uşaqlarım yenidən oteldə qalacaqlar. Öz qərarımı vermək istəyirdim. Söhbət heç vaxt pulla bağlı olmayıb. Pul olsaydı, Səudiyyə Ərəbistanına və ya başqa yerə gedərdim. “Barselona” ilə müqavilə barədə danışa bilmədik. Şifahi təklif edildi və qəbul edildi, amma pul danışmadıq. Mənə rəsmi təklif verə bilmədilər. “PSJ”də keçirdiyim 2 ili əylənməmişəm, xoşbəxt olmadığım 2 il idi və bu, ailə həyatıma təsir etdi”.
 
Meyan TV