Pakistanın müdafiə naziri Havaaca Məhəmməd Asif Hindistana xəbərdarlıq edib ki, Hindistan Hind Suları Müqaviləsini pozarsa, cavab tədbirləri görəcək.
Pakistanın müdafiə naziri Havaaca Məhəmməd Asif, 26 nəfərin öldüyü hücumdan sonra artan gərginliklə bağlı "Hindistan Hind çayı üzərində hər hansı bir tikili inşa edərsə, lazımi cavabı verəcəyik" deyib.
Təcavüzün təkcə silahlı aksiyalarla məhdudlaşmadığını deyən Asif “Su ehtiyatlarına hər hansı müdaxilənin kütləvi aclıq və susuzluğa səbəb ola biləcəyini və Pakistanın bu cür hərəkətlərə əsla dözməyəcəyini” deyib.
Aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hücumun səbəbkarlarını Pakistandan gəlməkdə günahlandıran Hindistan, Hind Suları Müqaviləsini dayandırdı, Yeni Dehlidə çalışan pakistanlı məsləhətçilərdən bir həftə ərzində ölkəni tərk etmələrini istədi və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb.
Pakistan ittihamları rədd edib və Hindistanın İslamabaddakı diplomatik personalının sayını məhdudlaşdırdığını və Hind Suları Müqaviləsi xaricindəki çaylara hər hansı müdaxiləni müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.
Pakistandan Hindistana xəbərdarlıq