Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu aclıq aksiyasının 35-ci günündədir.
Yaqublunun qızı Nigar Həzi mayın 4-də “Facebook” səhifəsində xəbər verib ki, az əvvəl onunla görüşüblər.
N.Həzi bildirib ki, Tofiq Yaqublu hər an həyatını itirə bilər və onun ölümü an məsələsidir.
“Tofiq Yaqublunun çəkisi 77.8 kq-a düşüb. Vəziyyəti həddən artıq pisdir. Hətta məhkəmə gününə qədər sağ qalacağına güman belə yoxdur. Yeriyə bilmir, gözləri həddən artıq zəif görür. Görüşə əlil arabasında gətirdilər. Göz qapaqları güclə açılırdı. Başının və bədəninin tarazlığını saxlaya bilmir. Səsi güclə eşidilirdi. Rabitəsiz danışırdı. Gələn görüş gününə sağ qalmayacaq….”, - Nigar Yaqublu yazıb.
Ailəsi təcili olaraq həkim Adil Qeybullanın Tofiq Yaqublunu müayinə etməsi üçün müəssisəyə buraxılmalı olduğunu bildirir: “Əks halda Tofiq Yaqubluya qarşı daha bir cinayət törədiləcək və onun ölümü siyasi hakimiyyət tərəfindən gerçəkləşəcək”.
Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə mayın 6-a təyin edilib.
Tofiq Yaqublu aclıq aksiyasının davam etdirir