Azərbaycana İsrailin baş nazirinin məlum səfərinə etiraz edərək aclıq aksiyasına başlayan inanclı aclığına son versə də müəssisə rəhbərliyinin qəzəbinə tuş gələrək hələ də karserdə saxlanılır. Belə ki, 1 saylı Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan inanclı Zeynalov Elçin Arif oğlu məlum etiraza qoşularaq mayın 3-də aclığa başlayıb.
Onun aclığına təcridxana rəhbəri Elnur İsmayılov etiraz edərək Elçin Zeynalovu aclıq aksiyasına qoşulmaqdan çəkindirib. Lakin inanclı bu məsələdə israr nümayiş etdirincə müəssisə rəhbəri onun karserə salınmasına göstəriş verib.
Mayın 4-də Netanyahunun səfərinin baş tutmaması xəbərindən sonra hər bir aclıq edənlər kimi Elçin Zeynalov da aclıq aksiyasını dayandırsa da, bu onu müəssisə rəhbəri Elnur İsmayılovun hədəfindən kənar salmayıb.
Səbəbsiz olaraq hələ də karserdə saxlanılan inanclı karserə salınan andan ailəsi ilə də tam əlaqələri kəsilib. Anası oğlunun telefon zənglərinə məhdudiyyəti aclıq aksiyası ilə əlaqələndirsə də, aksiyanın bitməsinə baxmayaraq nə Elçin karserdən buraxılmayıb, nə də ana oğlundan hər hansı bir məlumat ala bilmir.
İnanclı hələ də səbəbsiz karserdə saxlanılır