Həbsdə olan jurnalist, “Portağal Media” saytının direktoru Nurlan Qəhrəmanlı (Libre) 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ağzını iynə ilə tikərək aclıq aksiyasına başlayacağını bildirib.
Nurlan Librenin “Facebook” səhifəsində paylaşılan müraciətdə bildirilir ki, o bunu “siyasi məzmunlu həbslərə etiraz etmək” və həbsdə olan siyasətçi Tofiq Yaqubluya həmrəylik məqsədilə edəcək.
O, ağzını tikməsini isə “simvolik akt” adlandırır və bununla
dövlətə onu özündən başqa heç kimin susdura bilməyəcəyi mesajını verdiyini deyir.
N.Libre əlavə edib ki, aksiyanı tək həyata keçirmir və həbsdə olan digər jurnalist, “Kanal11” xəbər kanalının direktoru Teymur Kərimov da ona qoşulub. O qeyd edib ki, buna görə Kərimov təcridxanada təzyiqlərə məruz qalıb.
Nurlan Libre bu ilin fevralında “Meydan TV işi” üzrə saxlanılıb və ona qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. O, ittihamları qəbul etmir və peşə fəaliyyətilə əlaqələndirir.
Jurnalist Nurlan Libre ağzını tikərək aclığa başlayır