Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla işləyən daha bir mühafizəçisi həbs olunub.
AXCP-dən “Azadlıq Radiosu”na verilən məlumata görə, Kərimlinin mühafizəçisi və eyni zamanda partiyanın Xətai rayon şöbəsinin üzvü Kənan İsmayıl xırda xuliqanlıq maddəsilə ittiham olunaraq 30 sutka inzibati qaydada həbs olunub.
Onun saxlanılmasının detalları açıqlanmayıb.
Aprelin 9-da AXCP sədrinin digər mühafizəçisi Elnur Quliyev də 30 sutka inzibati qaydada həbs olunmuşdu.
Onun digər mühafizəçisi Niyaməddin Əhmədov terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.
AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.
Əli Kərimlinin daha bir mühafizəçisi həbs olunub