Hindistanın Pakistana zərbələri nəticəsində ölənlərin sayı 26 nəfər çatıb, 46 nəfər yaralanıb

Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib.

Pakistan ordusunun mətbuat xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb.

Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.

Pakistan tərəfi hücumlara qarşılıq veriləcəyini bildirib.

Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətində olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.

Məlumata görə, Pakistanın 9 rayonunda heç bir hərbi obyektin hədəf alınmadığı əməliyyat keçirilir.

Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib.

Hava zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. Bu barədə "Reuters" Pakistan ordusuna istinadən məlumat verib.

Yaralıların sayı isə 46 nəfərə çatıb.