"Milan" səfərdə qələbə qazandı

İtaliya A Seriyasında 35-ci tura yekun vurulub.

"Milan" səfərdə "Cenoa" ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda "rossonerilər" 57 xalla 9-cu, meydan sahibləri isə 39 xalla 13-cü pillədədir.