Bir xalq öz müqəddəratını dəyişməyincə, Allah da onların müqəddəratını dəyişməz. Bütün qeyri-mümkün görünənlərə Quranın bu ayəsi olduqca mükəmməl bir cavabdır. İnsan istək və iradənin daxilində çətin, bəzən qeyri-mümkün görünən hadisələrə İlahi yardımla təsir göstərmək gücünə malikdir. Bunun üçün Allahın insandan istəyi və bu istəyə bağlı iradəsi məsələnin həllini özündə ehtiva edir.
İsrailin baş naziri, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan Benyamin Netanyahunun Azərbaycana səfərinə etiraz da qeyd olunan fikrin əyani nümunəsi idi. Hətta aclıq aksiyasına başlayan və ya uşaq qatilinin Azərbaycana səfərinə etiraz edən ruhanilərin paylaşımları altında yazılan fikirlər də bunu söyləməyə əsas verirdi ki, bir ölkə rəsmisinin səfəri əsla bu addımlarla qadağalana bilməz.
Bu fikirdə olanlar “etirazçılara quru ac qalmaqdan başqa bir şey qalmayacaq. Netanyahu gələcək və səfəri baş tutacaqda...” kimi posterlər belə paylaşmaqda israr göstərdi. Lakin bu fikirlərin fövqündə insanın öz müqəddəratını, xəcalət və utanc gətirəcək uşaq qatilinin səfərinə təkcə qəlbən “yox” deyil, əmələn də mümkün etirazı onun Yaradanı tərəfindən dəyərləndirildi.
İstək və iradə güc və qüdrət sahibinin hökmü ilə bütün gözlərin dikildiyi hadisəni bir andaca xəyala çevirdi. Bu işdə istəklərini nümayişkəranə ortaya qoyanların iradəsi gözəgörünməz səddlər, keçilməz qorxuları qarşı tərəfin ruhuna hakim etdi.
Qeyd edilən düstur hər bir işdə işləkdir. Yetərki istək və iradə nümayiş etdirəcək güc ortaya qotulsun. Gerisi aləmlərin rəbbi olan Allahın hökmü ilə mütləq gerçəkləşəcək. Yaşanan bu, son hadisə kimi.
Müqəddəratı iki addımla dəyişə biləcəyimiz hadisələr