09 May 2023

Kanadanı böyük yanğınlar qoynuna alıb

Kanadanın Alberta əyalətində cümə günü başlayan meşə yanğınları 110 fərqli nöqtədə davam edərkən, 36 nöqtədə yanğın nəzarətdən çıxıb. Mülki əhalinin təxliyə edildiyi Alberta əyalətində fövqəladə vəziyyət elan edilib.

Kanadanın Alberta əyalətində cümə günü başlayan meşə yanğınları davam edir. Yanğının 78 nöqtədən 110 müxtəlif nöqtəyə keçdiyi, nəzarətdən çıxan ərazilərin sayının isə 19-dan 36-ya yüksəldiyi açıqlanıb.

General Baqiri: Qüvvələr balansı Qərbdən Şərqə dəyişir

İranın Baş Qərargah rəisi: “Bu gün qüvvələr balansının Qərbdən Şərqə dəyişməsinin yeni əlamətləri görünür və gələcəyin regionumuza və Asiyaya aid olduğunu vurğulamaq lazımdır”.

Yüksək səviyyəli hərbi nümayəndə heyətinin rəhbərliyi ilə Omana gedən İran İslam Respublikasının Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Omanın Baş Qərargah rəisi, admiral Abdullah Bin Xamis Əl ilə görüşüb.

Türkiyədən İsrailin Qəzza hücumuna reaksiya: "Bu cür alçaq hərəkətlər qəbuledilməzdir"

Türkiyə İsrailin Qəzzada həyata keçirdiyi hücumları pisləyib və şəhid olan fələstinlilərə başsağlığı verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi hücuma “Bu cür alçaq hərəkətlər heç bir halda qəbuledilməzdir” sözləri ilə reaksiya verib.

Türkiyə Xarici İşlər Nazirliyi sionist rejimin Qəzzaya həyata keçirdiyi hücumlarla bağlı yazılı açıqlama verib və bu hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Cüdoçumuz dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu ilk üç rəqibini məğlubiyyətə uğradıb.

26 yaşlı cüdoçu 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib.

İmran Xan həbs edildi: “Döyülüb işgəncəyə məruz qaldı”

Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət Hərəkatı” partiyasının lideri İmran Xan bu gün İslamabadda həbs edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, siyasətçi məhkəmə iclasında iştirak üçün Lahordan paytaxta gəlmişdi.

Həbsin rəsmi səbəbi açıqlanmayıb.

Partiya liderlərindən biri Müsərrət Çima bildirib ki, İmran Xan döyülüb və işgəncəyə məruz qalıb.

Sabah iki MBH üzvnün ev dustaqlığı ilə bağlı məhkəməsi keçiriləcək

Sabah, mayın 10-da iki MBH üzvnün ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin müraciətinə baxılacaq. Bu barədə MBH mətbuat katibliyi bildirib. Azad Kərimovun şikayətinə  Baki Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovun sədrliyi ilə baxılacaq. İclas saat 17:00-a təyin edilib.

Məscidül-Əqsanın xətibi “şərtlə” sərbəst buraxıldı

Sionist Rejim kəşfiyyatı tərəfindən heç bir əsas gətirmədən ifadə verməyə çağırılan Məscidül-Əqsa imamı Şeyx İkrime Səbri “istintaq üçün qayıtmaq və bəzi ərəb media kanalları ilə əlaqə saxlamamaq” şərti ilə azadlığa buraxılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Şeyx Səbrinin vəkili Halid Zebaraka jurnalistlərə qısa açıqlama verib.

İsrail Qəzzaya hücum edib: Onlarla ölü və yaralı var

Sionist işğal rejiminə məxsus döyüş təyyarələrinin Qəzzənin müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 12 fələstinli şəhid olub, azı 20 nəfər yaralanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sionist işğal rejimi ötən gecə Qəzzaya hava hücumu həyata keçirib.

Hücumda Qəzza zolağında İslami Cihad Hərəkatına aid bəzi məntəqələrin və binanın hədəfə alındığı bildirilib.

Çempionlar Liqası: "Real" "Siti"yə qarşı

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Turnirin son qalibi olan İspaniya "Real Madrid"i finala gedən yolda İngiltərənin "Mançester Siti" komandasını qəbul edəcək. "Santyaqo Bernabeu" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Kərbəlada beynəlxalq elmi konfrans keçirilir

İraqın müqəddəs Kərbəla şəhərində “İmam Hüseyn (ə) və Şərqşünaslıq” mövzusunda və “İmam Hüseyn, Cahanşümulluq və əbədiyyət” devizi altında beynəlxalq konfrans keçirilir.
Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, “İmam Hüseyn (ə) və Şərqşünaslıq” beynəlxalq elmi konfrans cari ayın 12-13 tarixində müqəddəs Kərbəla şəhərində keçiriləcək.

Nazir müavini: Azərbaycan “Şimal-Cənub” dəhlizi ilə bağlı bütün işləri başa çatdırıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, ötən il “Şimal-Cənub” və “Şimal-Qərb” istiqamətləri üzrə 3,5 milyon ton yük daşınıb. Lakin bunun böyük hissəsi “Şimal-Qərb” dəhlizinin payına düşüb.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Rusiyanın Həştərxan şəhərində “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında ticari-iqtisadi və humanitar əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.