İmran Xan həbs edildi: “Döyülüb işgəncəyə məruz qaldı”

Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət Hərəkatı” partiyasının lideri İmran Xan bu gün İslamabadda həbs edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, siyasətçi məhkəmə iclasında iştirak üçün Lahordan paytaxta gəlmişdi.

Həbsin rəsmi səbəbi açıqlanmayıb.

Partiya liderlərindən biri Müsərrət Çima bildirib ki, İmran Xan döyülüb və işgəncəyə məruz qalıb.

Xatırladaq ki, İmran Xan ötən gün Pakistanın kəşfiyyat rəhbərlərndən birini 2022-ci il 3 noyabrda özünə qarşı baş vermiş sui-qəsdin təşkilində ittiham edib.

Keçmiş hökumət başçısının vəkilinin məlumatına görə, Xana qarşı ümumilikdə 90-nda çox cinayət işi açılıb.