Bu il Azərbaycanda 6000 nəfər həbs edilib

"Bu il məhkəmələrdəki 4 seriya ilə işləri izləməyə çalışmışam ( həbs qətimkan tədbiri ilə bağlı işlər 4 ilə başlayır). Yanvar ayının əvvəlindən indiyək həbs edilənıərin sayı 6000 nəfəri ötüb. Düşünürdüm ki, bu əfv ən azı bu sayın kifayət qədər azalmasına xidmət edəcək. Amma, belə olmadı.
Siyasi məhbusların sayı yüzlərlədir, hər gün siyahıya əlavə edilir. Onların əksəriyyətinə əfv ümidi verilmişdi, ərizələri alınmışdı. Lakin, ümidlər özünü doğrultmadı.
AİHM-in son dövrlər siyasi həbslərə laqeyd qalması, işləri bir tərəfli deklarasiya qaydasında siyahıdan çıxarması və bunu barışıq kimi qələmə verməsi siyasi həbslərin daha da intensiv şəkil almasına, insanların daha uzun müddətə siyasi həbslərə məcbur edilməsinə şərait yaratdı.
AİHM-də qınamaq olmur. Görürlər ki, nə qədər qərar çıxarsalar da hökumət yenə də düzəlmir.
Bir çox işlərdə, o cümlədən heç bir sübut olmadan uzun müddətli həbsə məruz qalmış jurnalist Polad Aslanovun həbsdən azad edilməsinə ümidlərim vardı. Puç oldu.
Bunlara baxmayaraq insan hüquq və azadlıqlarını müdafiəmizə davam edəcəyik".
 
 
Vəkil Elçin Sadıqov