“Saudi Aramco”nun xalis mənfəəti 19 % azalıb

Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco”nun 2023-cü ilin birinci rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 19 % azalaraq 31,9 milyard ABŞ dolları təşkil edib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Saudi Aramco”nun sərbəst pul axını 1 % artaraq 30,9 milyard ABŞ dollarına çatıb. Birinci rüb üzrə dividendlər 19,5 milyard ABŞ dolları təşkil edib.

Yanvar-mart aylarında şirkətin satdığı neftin orta qiyməti bir barel üçün 81 ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin birinci rübü ilə müqayisədə 17 % azdır.

“Saudi Aramco” tərəfindən karbohidrogen hasilatının orta səviyyəsi isə gündəlik neft ekvivalentində 12,8 milyon barel təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.