Pakistan və Hindistan arasında gərginlik; Müharibə dərinləşir

İki dövlət Hindistan və Pakistan arasında müharibə dərinləşməkdə davam edir. Məsələ ilə bağlı dünya ölkələrinin sülh çağırışlarına baxmayaraq müharibə aktiv fazada davam edir. Hindistan tərəf mayın 15-dək ölkədəki 32 hava limanının fəaliyyətini dayandırıb. Bu Pakıstanın onun ərazisinə endirdiyi zərbələrdən sonra edilib.

Pakistan tərəf də Hindistandan gələn zərbələr fonunda bu gün günortaya qədər hava məkanını bağlayıb.

Pakistan müharibə fonunda Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlar zamanı Adampurdakı Hindistan aviabazasını sıradan çıxarıb. “Samaa TV” isə Şrinaqardakı aviabazanın vurulduğu, Çandiqarhdakı silah anbarının məhv edildiyi ilə bağlı məlumat yayıb.

Eyni halda Pakistan kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70%-ni sıradan çıxarıb. “The Times of India” Hindistanın Cammu və Kəşmir əyalətinin iki rayonunda Pakistanla gərginlik fonunda elektrik enerjisi tamamilə kəsildiyi haqda məlumat yayıb.

Hindistan da cavab olaraq təyyarələri ilə Pakıstanın Nur Xan aviabazasına, Murid aviabazasına və Rafiqi aviabazası kimi tanınan Şorkot aviabazasına raket zərbələri endirib. Pakıstan ordu rəsmisi bildirib ki, Pakistanın HHM sistemləri aviabazalarını hədəf alan Hindistan raketlərini göydə vurub.