İsrail Qəzzaya hücum edib: Onlarla ölü və yaralı var

Sionist işğal rejiminə məxsus döyüş təyyarələrinin Qəzzənin müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 12 fələstinli şəhid olub, azı 20 nəfər yaralanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sionist işğal rejimi ötən gecə Qəzzaya hava hücumu həyata keçirib.

Hücumda Qəzza zolağında İslami Cihad Hərəkatına aid bəzi məntəqələrin və binanın hədəfə alındığı bildirilib.

Hücumlarda İslami Cihad liderləri də daxil olmaqla ən azı 12 fələstinli həlak olub, 20 nəfər yaralanıb.

Qəzzadakı Fələstin Təcili Xidmət qrupu yaralıları xəstəxanaya çatdırıb.

Fələstin Daxili İşlər Nazirliyinin yazılı bəyanatında deyilir: 

"Sionist işğal rejimi şəhərin müxtəlif bölgələrində hədəflərə hücumlar həyata keçirərkən, bu sahədə baş verən hadisələr milli təhlükəsizlik və nazirliyin müxtəlif bölmələri tərəfindən yaxından izlənilir".

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə açıqlamasında bildirib: 

"Liderlərin xain əməliyyatda şəhid olması işğalçıya təhlükəsizlik gətirməyəcək, əksinə daha çox müqavimət göstərəcək.

Düşmən təxminlərində səhv etdi və günahının əvəzini ödəyəcək. Xain düşmənə zərər vermə yolunu ancaq müqavimət müəyyən edəcək."