Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb

Nigar Həzi özünün “Facebook” səhifəsində bildirib ki, Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb:
Qızı yazıb ki, indicə ölüm ayağında olan atamla görüşdüm:
“Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu tək onun ölümü yox, həm də mənim və körpəmin ölümü demək idi. O ruhən elə vəziyyətdə idi ki, körpəmin həyatının təhlükə altında olduğunu belə deyə bilmədim. Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim”.
Nigar Həzi yazır ki, atam bununla razılaşdı və aclığı dayandırdı: “Həkimi Adil Qeybulla hazırda Tofiq Yaqublunun yanındadır”.