09 March 2023

Səbuhi Səlimovun məclisinə polis müdaxiləsi, bir nəfər saxlanılıb

Martın 2 də həbsxanada dünyasını dəyişən ictimai fəal Səbuhi Səlimovun 7 mərasiminə polis müdaxilə edib. Evi və məzarı bu səhər polislər tərəfindən mühasirəyə alınan mərhum Səbuhi Səlimova məclis keçirilməsinə icazə verilməyib. Qadağaya xüsusi bir səbəb göstərilməsə də, polislər məclisə gələnlərdən geri qayıtmağı tələb ediblər. Son məlumta görə hadisə ilə əlaqəli bir nəfər saxlanılaraq polis idarəsinə aparılıb.

Müdafiə Nazirliyi: Mövqelərimiz atəşə tutulub

Azərbaycan-Ermənistan sərhədində və Qarabağda yerləşən mövqelərimiz 23 dəfə atəşə tutulub.

Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. 

Bildirilib ki, insident martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək davam edib.  

Azərbaycan Ordusunun qeyd olunan bütün istiqamətlər üzrə adekvat cavab tədbirləri gördüyü qeyd edilib. 

QMİ sədri ABŞ Dövlət Departamentinin rəsmilərini qəbul edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə martın 9-da ABŞ Dövlət Departamentinin Beynəlxalq dini azadlıqlar İdarəsinin rəsmiləri - Xüsusi təyinatlar üzrə səfir müavini Karson Roker və Avropa və Mərkəzi Asiya üzrə müşavir Coanna Vulfsberqi qəbul edib.

Malayziya İsveçə 20 min nüsxə Qurani-Kərim bağışlayacaq

Malayziya müqəddəs Qurani-Kərimin bir neçə dilə tərcümə edilib çap edilərək yayılması işlərinə 2 milyon dollardan artıq vəsait ayırıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İslam haqda birinci mənbədən məlumatın əldə edilməsi islamofobiyanın müəyyən həddə azalmasına kömək edə bilər.

Artıq isveç dilinə tərcümə edilmiş 20 min Quran nüsxəsi İsveçə göndərilməyə hazırdır.

Rusiya və Səudiyyə Ərəbistanı “OPEC+” çərçivəsində fəaliyyətləri əlaqələndirəcəklər

Rusiya və Səudiyyə Ərəbistanı “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində fəaliyyətlərin koordinasiyasını davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Timor-Leste Prezidenti Ukrayna ilə Suriya və Yəmənə yardım arasındakı fərqi etik saymayıb

Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Xose Ramos Horta dünya ölkələrinin böhranla bağlı apardıqları mübarizədə ölkələr atasında fərq qoyulmasını tənqid edib. Ölkəsinin Ukraynaya 2 milyon dollar yardım etdiyini bildirən Xose Ramos Horta böhrandan əziyyət çəkən Suriya, Yəmən kimi ölkələrdəki gərgin duruma bir çox dövlətlər görmədən gəlməsini məyusedici hesab edib. “Suriya və Yəməni, orada aclıq çəkənləri də görürük. Bu, əxlaq baxımından məyusedici məqamdır, etik bir məsələdir.

İsraildə aksiyalar davam edir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail müxalifətinin təşkil etdiyi Ədalət İslahatına qarşı müqavimət adı altında planlaşdırılan aksiyalarda on minlərlə nümayişçinin iştirak edəcəyi gözlənilir. Onlar açıq şəkildə bəyan etdilər ki, bu müqavimət bütün işğalçı rejim boyu əsas yolları və nəqliyyat vasitələrini bağlamaq, xüsusən də Təl-Əviv hava limanını fəaliyyətsiz və giriş-çıxışı mümkünsüz etmək istəyir.

Nümayəndələr Palatası amerikalı hərbçilərin Suriyadan çıxarılmasını dəstəkləməyib

ABŞ Konqresinin Nümayəndələr Palatası amerikalı hərbçilərin Suriyadan çıxarılmasına dair qətnaməni rədd edib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, sənədi cəmi 103 konqresmen dəstəkləyib, 321 qanunverici ona qarşı çıxıb. Qətnamədə qeyd edilir ki, ABŞ qoşunları sənədin təsdiqindən sonra 180 gündən gec olmayaraq Suriyadan çıxarılmalıdır.

Çempionlar Liqası: “Bavariya” – PSJ oyununda rekord və antirekordlar qeydə alınıb

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində keçirilən “Bavariya” (Almaniya) – PSJ (Fransa) oyunu bir sıra maraqlı statistik məqamlarla diqqət çəkib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, münhenlilərin 2:0 hesabı ilə qalib gələrək mərhələ adladıqları cavab matçı Fransa təmsilçisi və futbolçuları üçün antirekordlarla yadda qalıb.

İlahiyyatçı Sərdar Hacıhəsınlinin ilk məhkəmə iclası keçirilib

Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, bu gün ilahiyyatçı Sərdar Babayevin (Hacıhəsənli) məhkəməsi baş tutub. Bakı Ağır Cinayətlər Məhkkəməsində baş tutan hazırlıq iclasında hacı Sərdar özü də iştirak edib.

 Vəkil Cavad Cavadov Maide.az-a bildirilib ki, məhkəmənin hazırlıq iclasında müdafiə tərəfi iki vəsatət verib.

Gəncə İmamzadə Kompleksi - VİDEO

Əhli-beyt (ə) məkanı, İmam Hüseyn (ə) şəhəri Gəncə. Milli dəyərlərimizi yaşadan bu məkan eyni halda dinin inancın qorunması və inkişafında da müstəsna rola malikdir. Gəncəni əlatə edən məscid və ziyarətgahlar bu xalqın ruhunda İlahi eşqə körpü olaraq hər bir fərdin Rəbbinə yaxınlaşma amilidir. Belə məkanlardan biri də Gəncə İmamzadəsidir. İmamzadə Gəncə şəhərinin təqribən 7 kilometrliyində yerləşir. Burada beşinci İmam Məhəmməd Baqirin (ə) oğlu İbrahim dəfn olunub. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən deyil.

Lirə ucuzlaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı 9 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Unikal"a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.7938 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0897 manat, 1 Rusiya rublu 0.0223 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6565 manatdır.

İranda zəhərlənmə aktlarında şübhəli bilinən şəxslər həbs edilib

İranın Fars əyalətində 5 nəfərin məktəblərdə zəhərli qazdan istifadə etdikləri səbəbilə həbs edildiyi açıqlanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (ISNA) verdiyi məlumata görə, İran polisinin sözçüsü Said Muntazarulmehdi ölkə miqyasında narahatlıq yaradan qız tələbələrin zəhərlənməsi halları ilə bağlı həbslərin ilk təfərrüatlarını paylaşıb.

Beynəlxalq Qadınlar Günü: Türkiyənin müxtəlif nöqtələrində “Feminist Gecə Paradı” keçirilib

Beynəlxalq Qadınlar Günü çərçivəsində Türkiyənin müxtəlif nöqtələrində “Feminist Gecə Yürüşü” keçirilib. Taksimdə keçirilməsi planlaşdırılan yürüşə icazə verilmədikdən sonra çoxlu qadın Beyoğlu ətrafındakı nöqtələrə toplaşıb.

Təhlükəsizlik qüvvələri İstiqlal küçəsi ilə Taksim meydanını və bu ərazilərə gedən küçələri dəmir baryerlərlə bağlayıb. Polis Cihangirə yürüş etmək istəyən qadınları buraxmayıb. Bir qqrup müqavmətçinin saxlanıldığı bildirilir.