DTX-nın həbs etdiyi gömrük polkovnikləri azadlığa buraxıldı

Cinayət işi üzrə dəymiş ziyanı tam ödədiklərinə görə gömrük polkovnikləri azadlığa buraxılıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə martın 9-da APA məlumat yayıb. 

Bildirilir ki, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.

Onların cinayət işi üzrə dəymiş ziyanı tam ödədiklərinə görə azadlığa buraxıldıqları qeyd olunub.

Rəşad Babayev və Şükür Səfərov DTX tərəfindən ötən il həbs olunmuşdular. 

Onlar Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunurdular.