Timor-Leste Prezidenti Ukrayna ilə Suriya və Yəmənə yardım arasındakı fərqi etik saymayıb

Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Xose Ramos Horta dünya ölkələrinin böhranla bağlı apardıqları mübarizədə ölkələr atasında fərq qoyulmasını tənqid edib. Ölkəsinin Ukraynaya 2 milyon dollar yardım etdiyini bildirən Xose Ramos Horta böhrandan əziyyət çəkən Suriya, Yəmən kimi ölkələrdəki gərgin duruma bir çox dövlətlər görmədən gəlməsini məyusedici hesab edib. “Suriya və Yəməni, orada aclıq çəkənləri də görürük. Bu, əxlaq baxımından məyusedici məqamdır, etik bir məsələdir. ABŞ və Avropa Yunanıstana, İrlandiyaya və Portuqaliyaya dəstək üçün milyonlarla dollar pul tapır. Lakin Yəmən və Suriyaya növbə çatanda onları görməzdən gəlir. Güclülər və zənginlərin böhran əsnasında özlərini necə apardığını gördük”- deyə o bildirib.