Nümayəndələr Palatası amerikalı hərbçilərin Suriyadan çıxarılmasını dəstəkləməyib

ABŞ Konqresinin Nümayəndələr Palatası amerikalı hərbçilərin Suriyadan çıxarılmasına dair qətnaməni rədd edib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, sənədi cəmi 103 konqresmen dəstəkləyib, 321 qanunverici ona qarşı çıxıb. Qətnamədə qeyd edilir ki, ABŞ qoşunları sənədin təsdiqindən sonra 180 gündən gec olmayaraq Suriyadan çıxarılmalıdır.

Təşəbbüs fevral ayında deputat Mett Qets tərəfindən irəli sürülüb. O, Konqresin Suriya ərazisindəki döyüşlərdə Amerika qüvvələrinin istifadəsinə icazə vermədiyini vurğulayıb.