İlahiyyatçı Sərdar Hacıhəsınlinin ilk məhkəmə iclası keçirilib

Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, bu gün ilahiyyatçı Sərdar Babayevin (Hacıhəsənli) məhkəməsi baş tutub. Bakı Ağır Cinayətlər Məhkkəməsində baş tutan hazırlıq iclasında hacı Sərdar özü də iştirak edib.

 Vəkil Cavad Cavadov Maide.az-a bildirilib ki, məhkəmənin hazırlıq iclasında müdafiə tərəfi iki vəsatət verib.

İlk vəsatət iş üzrə icraata xitam verilməsi olub. "Müdafiə tərəfi Sərdar Babayevə qarşı ittihamları əvvəldən əsassız hesab edib. Eyni zamanda Sərdar Babayev də özünü təqsirli bilmir. İlk ittiham zamanı da təqsirləndirilən şəxs mövqeyini bildirmişdi. Biz də həmin mövqedə qalırıq."

Vəkil bildirib ki, digər vəsatət ittiham verilmədiyi təqdirdə barəsində həbs qəti imkan tədibiri dəyişdirilməsi olub. "Təəssüf ki, məhkəmə heç bir vəsatəti qəbul etmədi və işi məhkəmə baxışına verdi. Məhkəmə baxışında biz onun təqsirsiz olmasını əsaslandırmağa çalışacağıq. Ümid edirik ki, yenədə bu çərçivələrdə belə müəyyən bir ədalətli qərar ola bilər."

Qeyd edək ki, növbəti məhkəmə iclası martın 16-ı, saat 9:45-ə təyin olunub.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında saxlanılan ilahiyyatçıya Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Uzun sürən istintaqdan sonra bu gün ilahiyyatçının ilk məhkəmə iclası başlayıb.

Şeyx Sərdar ilk dəfə 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.