Səbuhi Səlimovun məclisinə polis müdaxiləsi, bir nəfər saxlanılıb

Martın 2 də həbsxanada dünyasını dəyişən ictimai fəal Səbuhi Səlimovun 7 mərasiminə polis müdaxilə edib. Evi və məzarı bu səhər polislər tərəfindən mühasirəyə alınan mərhum Səbuhi Səlimova məclis keçirilməsinə icazə verilməyib. Qadağaya xüsusi bir səbəb göstərilməsə də, polislər məclisə gələnlərdən geri qayıtmağı tələb ediblər. Son məlumta görə hadisə ilə əlaqəli bir nəfər saxlanılaraq polis idarəsinə aparılıb.

Yaxınlarının məlumatına görə qadağaya səəbəb kütlənin mərasimdə iştirakı, Səbuhi Səlimov barəsində müsbət fikirlərin olması ilə bağlıdır. Bundan əlavə məclis boyu dini retualların icra edilməsi də əlaqədar təşkilatların narahatlıq amili olub. Növbəti belə bir məclisin qurulmasına etiraz da bununla əlaqələndirilir.